"Huawei" Çində özünün xüsusi mobil ödəniş xidmətini istifadəyə verəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Huawei" Çində özünün xüsusi mobil ödəniş xidmətini istifadəyə verəcək

12:58 - 11 / 03 / 2016
"Huawei" Çində özünün xüsusi mobil ödəniş xidmətini istifadəyə verəcək

Smartfon istehsalçısı "Huawei" Çində özünün xüsusi mobil ödəniş xidmətini işə salmağı planlaşdırır.

1news.az psm7.com saytına istinadla xəbər verir ki, müştərilərinə smartfonla ödəniş etmək imkanı yaratmaq üçün şirkət Çinin qədim maliyyə müəssisəsi olan "Bank of China" ilə əməkdaşlığa başlayıb.

Bu, hələ ki şirkətin yeganə maliyyə tərəfdaşıdır. "Huawei" "Huawei Pay"in xidmətləri haqqında hər hansı təfərrüatlarını açıqlamağa hələ hazır deyil. Təkcə ötən il "Huawei" 109 milyon smartfon satıb ki, onun da 58 faizi Çinin payına düşüb.

1news.az

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər