“Neft Daşları” yatağında yeni quyu istismara verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

10:39 - 13 / 03 / 2016
“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2158 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şirkətin kompleks qazma işləri tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1828-1821 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.

Paylaş:
620

Son xəbərlər

Şəmistan Nəzirli vəfat edib

20 / 09 / 2025, 14:22
Bütün xəbərlər