Martın 15-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Martın 15-nə olan hava proqnozu açıqlanıb

13:11 - 14 / 03 / 2016
Martın 15-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 15-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 15-də arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 8-13, dağlarda gecə 0-5, gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, martın 15-dən 16-sı gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyi, havanın temperaturunun enməsi, rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

1news.az

Paylaş:
1089

Son xəbərlər

Bütün xəbərlər