Aleksandr Fomenkov: “Putin Sarkisyana xatırladıb ki, gec ya tez Qarabağdan qoşunları çıxarmaq lazım gələcək” | 1news.az | Xəbərlər
Siyasət

Aleksandr Fomenkov: “Putin Sarkisyana xatırladıb ki, gec ya tez Qarabağdan qoşunları çıxarmaq lazım gələcək”

14:02 - 14 / 03 / 2016
Aleksandr Fomenkov: “Putin Sarkisyana xatırladıb ki, gec ya tez Qarabağdan qoşunları çıxarmaq lazım gələcək”

Erməni KİV-lərində Serj Sarkisyanın Moskvaya səfərinin 2 həftə ərzində geniş müzakirəsi İrəvanın Rusiya hökumət başçısı ilə görüşdən gözləntilərinin yüksək olması ilə bağlı idi.

Orta statistik erməni ümid edirdi ki, Ermənistan prezidentinin bu turnesi Rusiyadan nəql olunan qazın qiymətinin düşməsi haqqında razılıqla nəticələnəcək. Siyasi elita isə Moskvanın Qarabağ məsələsində və sairədə dəstəyi kimi siyasi bonusların gözləntisində idi.

Buna baxmayaraq Sarkisyan və Putinin matr ayındakı tet-a-tet görüşü sevinməyə əsas vermədi.

Prezidentlərin görüşü ilə bağlı fikirlərini 1news.az-a şərhində rusiyalı politoloq və publisist Aleksandr Fomenkov bölüşüb.

Rusiyalı politoloqun fikrincə, Kremldəki danışıqlar erməni rəhbərliyi üçün heç də ürəkaçan olmayıb.

“İstisna etmirəm ki, prezident Vladimir Putin Sarkisyana xatırladıb ki, gec ya tez Qarabağdan qoşunları çıxarmaq lazım gələcək”,- A.Fomenkov hesab edir.

Lakin ekspertin qiymətləndirməsinə görə, Ermənistan hakimiyyəti Azərbaycana qarşı təxribatçı davranışlardan əl çəkməyə hələ ki hazır deyil.

“Ermənistan hakimiyyətinin problemi odur ki, Azərbaycan  torpaqlarının azad olunması üzrə hərbi əməliyyatlara başlasa, Ermənistanın kənardan heç bir yardım ala bilməyəcəyini anlamır. Erməni qoşunları Qarabağdan sadəcə olaraq qaçacaq”, -deyə rusiyalı politoloq bildirib.

“Bilirsiniz mənim ücün Sarkisyanın Putindən pul diləndiyi maraqlı deyil, daha vacib olan onun minlərlə öldürülmüş dinc azərbaycanlılara görə cəzasını nə zaman alacağıdır.

Azərbaycan Rusiya hökumətini əmin edə bildi ki, o, güvənilir və sadiq tərəfdaşdır.

Məhz buna görə mən Putinə sual vermək istərdim: “ Mənim prezidentim, Vladimir Vladimiroviç, siz nə zaman adaşınız, general-mayor Vladimir Vladimiroviç Kovalyovu  öldürən qatillərin axırına çıxacaqsınız. O, 20 noyabr 1991-ci ildə Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən namərdliklə qətlə yetirilib”,- deyə rusiyalı politoloq fikrini tamamlayıb.

1news.az

Paylaş:
1586

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər