Fevral ayında dövlət sərhədini pozan 34 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fevral ayında dövlət sərhədini pozan 34 nəfər saxlanılıb

16:57 - 14 / 03 / 2016
Fevral ayında dövlət sərhədini pozan 34 nəfər saxlanılıb

Bu ilin fevral ayı ərzində dövlət sərhədini pozduqları üçün 22 halda 34 nəfər saxlanılıb.

1news.az-ın Dövlət Sərhəd Xidmətinə istinadən verdiyi xəbərə görə, saxlanılanların 11 nəfəri Azərbaycan Respublikası, 9 nəfəri İran İslam Respublikası,  4 nəfəri Qana, hər ölkədən 2 nəfər olmaqla Pakistan, Özbəkistan, Ukrayna və hər ölkədən 1 nəfər olmaqla Moldova, Gürcüstan, Banqladeş və Filippin vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozduqları üçün yaşıl sərhəddə 2 halda 4 nəfər,  Xəzər dənizində 14 halda 25 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

1news.az

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər