Vilayət Eyvazov daxili işlər nazirinin birinci müavini təyin olunub | 1news.az | Xəbərlər
Rəsmi

Vilayət Eyvazov daxili işlər nazirinin birinci müavini təyin olunub

20:45 - 14 / 03 / 2016
Vilayət Eyvazov daxili işlər nazirinin birinci müavini təyin olunub

Prezident İlham Əliyevin martın 11-də imzaladığı sərəncamla polis general-leytenantı Vilayət Eyvazov daxili işlər nazirinin birinci müavini təyin edilib.

1news.az APA -ya istinadən xəbər verir ki, DİN-dən bu məlumatı təsdiqləyiblər.

V. Eyvazov buna qədər daxili işlər nazirinin əməliyyat işləri üzrə müavini olub.

Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər nazirinin birinci müavini postu yaradılıb.

Bu, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanında əksini tapıb.

1news.az

Paylaş:
1054

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər