Nazirlik 450 nəfərdən çox şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik 450 nəfərdən çox şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib

22:20 - 14 / 03 / 2016
Nazirlik 450 nəfərdən çox şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  bu ilin yanvar-fevral aylarında peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.

1news.az -a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmət tərəfindən respublikanın rayon və şəhərlərində dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, elektrik montyoru, qazanxana maşinisti, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, vizajist, bərbər və s. kurslara hazırlıq təşkil olunub.

peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 451 nəfər həmin kurslara cəlb edilib. Onlardan 70,2 faizi gənclərdən ibarət olub.

Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların kursları bitirdikdən sonra yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təminatı istiqamətində də tədbirlər həyata keçiriləcək.

Bundan başqa, yanvar-fevral aylarında əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 25 145 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib.

1news.az

Paylaş:
558

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər