Qazaxda ər-arvad yaşadıqları evdə qətlə yetirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda ər-arvad yaşadıqları evdə qətlə yetirilib

11:07 - 14 / 03 / 2016
Qazaxda ər-arvad yaşadıqları evdə qətlə yetirilib

Qazax rayonunda qətl törədilib.

 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Rayon Prokurorluğundan bildiriblər ki, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.

 

Kənd sakinləri - 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətlərində yaşayan, 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanovanın üzərilərin kəsilmiş-deşilmiş xəsarətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib.

 

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

 

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.

 

1news.az

Paylaş:
586

Son xəbərlər

Bütün xəbərlər