DGK-nin rəhbəri: “Azərbaycanda siqaret idxalı əhəmiyyətli dərəcədə azalıb”
“Son iki ayda Azərbaycanda siqaret idxalı 6 dəfə azalıb”.
1news.az-ın verdiyi xəbərə görə, bu haqda Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham) Bakıda keçirilən tədbiri zamanı Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu, bir sıra vətəndaşların ölkəyə öz ehtiyacları üçün tütün məmulatları gətirdikləri və daha sonra satmaları ilə əlaqadardır.
“Mövcud qanunvericiliyə əsasən, vətəndaşlar pulsuz olaraq 600 ədəd siqaret (3 qutu), həmçinin 3 lirt spritli içki gətirə bilər. Təəssüflər olsun ki, bəziləri siqaret və spirtli içkini guya öz ehtiyacları üçün gətirirlər, sonra isə bunu kommersiya məqsədilə istifadə edirlər. Belə ki, həmin şəxslər sərhədi dəfələrlə keçir və bu məhsulları da daha iri həcmlərdə gətirirlər ki, bu da qanunvericiliklə tələb olunandan daha çoxdur.
Bu, nəinki tütün məmulatı bazarlarına, ümumilikdə ölkə iqtisadiyyatına da ciddi zərər vurur”, - A.Əliyev bildirib.
1news.az