Hava şəraiti dəyişəcək, güclü külək əsəcək, yağış və qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti dəyişəcək, güclü külək əsəcək, yağış və qar yağacaq

12:51 - 14 / 03 / 2016
Hava şəraiti dəyişəcək, güclü külək əsəcək, yağış və qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  martın 15-16-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Martın 15-də güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Martın 14-ü axşamdan 18-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Martın 15-də qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Temperatur tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

1news.az

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər