Milli Məclisdə icbari tibbi sığortanın tətbiqi üzrə işçi qrupunun yaradılması təklif olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisdə icbari tibbi sığortanın tətbiqi üzrə işçi qrupunun yaradılması təklif olundu

14:25 - 15 / 03 / 2016
Milli Məclisdə icbari tibbi sığortanın tətbiqi üzrə işçi qrupunun yaradılması təklif olundu

“Azərbaycanda icbari tibbi sığortanın tətbiqi üzrə işçi qrupunun yaradılması vacibdir”.

1news.az-ın verdiyi xəbərə görə, bu təkliflə Milli Məclisin plenar iclası zamanı deputat Rəşad Mahmudov çıxış edib.  

Onun sözlərinə görə, bu işçi qrupu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə çalışmalıdır:

“İcbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihə vaxt qənaətinə və problemin həllinə gətirib çıxaracaq”.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihə həyata keçiriləcək. Pilot layihə ölkənin rayonlarından birində və ya müəyyən peşə sahbləri arasında tətbiq edilə bilər.

1news.az

 

Paylaş:
537

Son xəbərlər

Bütün xəbərlər