Artur Rasizadə: “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini uzadır”
Milli Məclisin Plenar iclası zamanı baş nazir Artur Rasizadə hökumətin 2015-ci ildə gördüyü işlərlə bağlı hesabat verib.
Ötən il orta aylıq əməkhaqqı 2.4 faiz artıb.
1news.az xəbər verir ki, baş nazirin sözlərinə görə ötən il ərzində biznes mühitinin yaxşılaşdırılması istiqamətində ciddi işlər görülüb, 269 sənaye müəssisəsi yaradılıb.
“Otən il sahibkarlıq sahəsində yoxlamalar 2 il müddətinə daqyandırılıb. Lisensiya tələb edən sahələr azaldılıb”, o, deyib.
A.Rasizadə qeyd edib ki, Sahibkarlığa Yardım Milli Fondu 5000-dən çox sahibkara 250 milyon manat vəsait ayırıb. Ayrılan kreditlərin 64% faizi regionların payına düşür”,- baş nazir bildirib.
Baş nazir qeyd edib ki, neft qiymətlərinin düşməsi dünyada yeni iqtisadi durum yaradıb. “Belə bir vəziyyətdə iqtisadi inkişafı qorumaq o qədər də asan deyil. Bu halda əsas məsələ sabitliyi saxlamaq, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq və ərazi bütovlüyünü təmin etməkdir”, -o, deyib.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində danışan baş nazir bildirib ki, Ermənistanın münaqişənin həllində mövqeyi məsələnin uzanmasına səbəb olur, beynəlxalq təşkilatlar isə ziddiyyətli mövqe tutur.
O, bildirib ki, hesabat dövründə Azərbaycan silahlı qüvvələrinin möhkəmlənməsinə diqqət ayrılıb.
“Hərbiçilərin rifahının yaxşılaşdırılması üçün yeni hərbi hissələr və şəhərçiklər tikilir, 1500 ailə evlə təmin olunub”,- o deyib.
Artur Rasizadə qeyd edib ki, ümumilikdə hərbi qüvvələrlə bağlı fəaliyyətə 3.3 milyard manat ayrılıb.
1news.az