“Bakı Metropoliteni” ödənişsiz kurslara start verib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı Metropoliteni” ödənişsiz kurslara start verib – FOTO

15:34 - 15 / 03 / 2016
“Bakı Metropoliteni” ödənişsiz kurslara start verib – FOTO

Fevralın 25-də “Bakı Metropoliteni” QSC tərəfindən “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi vəzifəsi üçün elan edilmiş müsabiqə başa çatıb.

Sözügedən qurumun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, martın 14-dən etibarən Təlim-Tədris Mərkəzində 1 aylıq ödənişsiz kurslara start verilib. Həftənin hər iş günü 4 qrupdan ibarət 2 saat müddətində keçiriləcək peşə dərsləri metropolitenin mütəxəssisləri tərəfindən tədris olunacaq.

Kursu bitirən namizədlərdən sınaq imtahanlarını uğurla keçənlər Hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 2200 müraciət daxil olmuşdu. Metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası ilkin seçmələrdən sonra 500 nəfəri müsabiqəyə dəvət etmişdi. Qeyd olunan tələblərə cavab verən 500 namizədən 82 nəfər kadr komissiya tərəfindən kurslara cəlb olunub.

“Məlumat üçün bildirək ki, əvvəllər bu peşə üzrə işə qəbul olunmaq üçün müraciət edənlər 3 ay sınaq müddətinə işə götürülürdü. Bu müddət ərzində təlimatları mənimsəyən, müəyyən təcrübə toplayan işçilər imtahan verdikdən sonra peşə bacarıqlarının qənaətbəxş olub-olmaması bəlli olurdu. Bu isə, həm zaman itkisinə, həm də peşəkar kadr çatışmazlığına səbəb olurdu. Əksəriyyəti xanımlardan ibarət olan növbətçi peşəsinə, hazırda oğlanların da marağı artıb”- deyə, qurumdan bildiriblər.

1news.az

Paylaş:
608

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər