Parlamentdə ölkədəki nazirliklərin sayının çoxluğu vurğulanıb
“Azərbaycanda 20-yə yaxın nazirlik fəaliyyət göstərir. Bununla yanaşı dövlət strukturları, komitələr də var ki, bu say olduqca çoxdur”.
1news.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında hökumətin illik hesabatının müzakirəsi zamanı millət vəkili Əli Məsimli bildirib.
Onun sözlərinə görə bələ davam etsə islahatlar həyata keçirmək və yaxşı nəticə əldə etmək mümkün olmauacaq.
“9.5 milyonluq Azərbaycan üçün bu sayda dövlət strukturu çoxdur və onları ixtisar etmək lazımdır”,- deyən millət vəkili nazirliklrin sayının 15-ə qədər endirilməsi gərəkdiyini vurğulayıb.
1news.az
483