Bərdədə maşın çaya aşıb: xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə maşın çaya aşıb: xəsarət alan var

19:03 - 15 / 03 / 2016
Bərdədə maşın çaya aşıb: xəsarət alan var

Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 21:00 radələrində sözügedən rayonun Otuzikilər kəndində qeydə alınıb.

Belə ki, kənd sakin Ceyhun Aslanov idarə etdiyi “Ford Connect” markalı avtomobili körpüdən Tərtər çayına aşırıb.

Nəticədə C.Aslanovun sərnişini Mədinə Ağayeva xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

 

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər