Səfir: “Pakistan Azərbaycanın Dağlıq Qarabağ münaqişinin nizamlanmasında mövqeyini dəstəkləyir” | 1news.az | Xəbərlər
Siyasət

Səfir: “Pakistan Azərbaycanın Dağlıq Qarabağ münaqişinin nizamlanmasında mövqeyini dəstəkləyir”

10:20 - 15 / 03 / 2016
Səfir: “Pakistan Azərbaycanın Dağlıq Qarabağ münaqişinin nizamlanmasında mövqeyini dəstəkləyir”

Pakistan Günü – bu ölkənin milli bayramına həsr olunmuş tədbir bazar ertəsi günü Bakıda keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, tədbirdə deputatlar, rəsmi şəxslər, xarici ölkələrin səfirləri də iştirak ediblər.

Tədbirdə çıxış edən Pakistan səfiri Xalid Osman Qayser bildirib ki, Bakı ilə İslamabad strateji cəhətdən tərəfdaş şəhərlərdir:

“Pakistan Azərbaycanın Dağlıq Qarabağ münaqişinin nizamlanması mövqeyini dəstəkləyir, Azərbaycan da Pakistanın Kəşmir məsələsindəki mövqeyini dəstəkləyir”.

Tədbirdə çıxış edən Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov qeyd edib ki, Pakistan 1991-ci ildə ölkəmizin müstəqilliyini tanıyan ilk dövlət olub:

“1992-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələr qurulub, daha sonra isə diplomatik nümayəndəliklər də açılıb”.

Nazir bildirib ki, ölkələrimiz bir çox sahələrdə əməkdaşlıq edir, eləcə də ticarət dövriyyəsi ildən-ilə artmaqdadır.

Y.Camalov həmçinin qeyd etdi ki, apreldə İslamabadda ölkələrarası komissiyanın iclası keçiriləcək.

1news.az

Paylaş:
686

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər