Bakıda ər boşanmaq istəyən arvadını bıçaqladı
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Rayon Polis İdarəsindən 1news.az-a verilən məlumata görə, hadisə Şıxlinski küçəsindəki 29 nömrəli binada qeydə alınıb.
Belə ki, həmin binada yaşayan 29 yaşlı Əfsanə Əlmirzə qızı Rəsulova ilə həyat yoldaşı Rüstəm Rəsulov arasında mübahisə düşüb.
Mübahisəyə Əfsanə Rəsulovanın həyat yoldaşından ayrılmaq istəməsi olub. Boşanmaq istəməyən ər həyat yoldaşını bıçaqlayıb. Bundan başqa Əfsanəni qorumağa çalışan rəfiqəsi də əl nahiyəsindən bıçaq xəsarəti alıb.
Vəziyyəti ağır olan Ə.Rəsulova dərhal xəstəxanaya çatdırılıb. Müayinə zamanı onda 15 bıçaq xəsarəti müəyyən olunub. Həyatı üçün heç bir təhlükə yoxdur.
Hadisəni törədən R.Rəsulov hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşları arvadını bıçaqlayan əri axtarır.
1news.az