ATV-nin əməkdaşları Bərdədə qəzaya uğrayıblar, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

ATV-nin əməkdaşları Bərdədə qəzaya uğrayıblar, xəsarət alanlar var

11:55 - 15 / 03 / 2016
ATV-nin əməkdaşları Bərdədə qəzaya uğrayıblar, xəsarət alanlar var

Bərdə rayonunda içərisində ATV telekanalının əməkdaşlarının olduğu avtomobil qəzaya düşüb. 

1news.az-ın məlumatına görə, avtomobil Qarabağ su kanalının Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində körpü üzərində dönmə əməliyyatını düzgün həyata keçirmədiyi səbəbindən suya düşüb.  

Qəza nəticəsində sürücü Cehyun Sultanovun ayağı sınıb. “Ləziz Macəra” verilişinin aparıcı Aysel Nazimqızı və operator Fərid Vəliyev isə yüngül xəsarət alıb. Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti normaldır.

1news.az

Paylaş:
536

Son xəbərlər

Bütün xəbərlər