“Aztelekom”a məxsus rabitə kabelini oğurlayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Aztelekom”a məxsus rabitə kabelini oğurlayan şəxs saxlanılıb

13:07 - 16 / 03 / 2016
“Aztelekom”a məxsus rabitə kabelini oğurlayan şəxs saxlanılıb

Sumqayıtda “Aztelekom” MMC-yə məxsus kabeli oğurlayan şəxs tutulub.

1news.az-ın verdiyi xəbərə görə, bu, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  mümkün olub.

Belə ki, fevralın 19-dan 26-dək olan müddətdə Novxanı qəsəbəsində “Aztelekom” MMC-yə məxsus işlək vəziyyətdə olan rabitə kabelinin 126 metrlik hissəsini, paylayıcı kabelin 90 metrlik hissəsini və Corat qəsəbəsində paylayıcı kabelin 50 metrlik hissəsini kəsərək oğurlamış Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlham Atayev tutulub.

1news.az

Paylaş:
645

Son xəbərlər

Bütün xəbərlər