“Qəbələ” “Qarabağ”la oyunun hazırlıqlarına başlayır | 1news.az | Xəbərlər
Futbol

“Qəbələ” “Qarabağ”la oyunun hazırlıqlarına başlayır

14:07 - 16 / 03 / 2016
“Qəbələ” “Qarabağ”la oyunun hazırlıqlarına başlayır

Topaz Premyer Liqasının XXV turunun “Zirə” ilə oyunundan (1:2) sonra iki günlük istirahətə buraxılan “Qəbələ” bu gün məşqlərini  bərpa edəcək.

1news.az-ın məlumatına görə, günün ikinci yarısında toplaşacaq “qırmızı-qaralar” axşam məşqini Qəbələ şəhər stadionunda gerçəkləşdirəcək.

Roman Qriqorçukun yetirmələrinin hazırlığı tam heyətlə keçəcək. “Qırmızı-qaralar”ın qarşılaşmaya qədər hazırlıqları gündə bir dəfə olmaqla bu arenada baş tutacaq.

Xatırladaq ki, Topaz Premyer Liqasının XXVI turunun “Qarabağ”la oyunu martın 19-da keçiriləcək. Qəbələ şəhər stadionundakı matç saat 15:00-da başlayacaq.

1news.az

Paylaş:
935

Son xəbərlər

Bütün xəbərlər