ASAN xidmət mərkəzlərində “Azəriqaz”-la bağlı 16041 müraciət öz həllini tapıb
2016-cı ilin fevral ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə “Azəriqaz”la bağlı ümumilikdə 16041 müraciət daxil olub.
1news.az-ın Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi xəbərə görə, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.
“İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək”- deyə, SOCAR-dan bildiriblər.
1news.az