Bakıda dini radikalizmə qarşı mübarizə tədbirləri ilə bağlı dəyirmi masa keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dini radikalizmə qarşı mübarizə tədbirləri ilə bağlı dəyirmi masa keçirilib – FOTO

17:27 - 16 / 03 / 2016
Bakıda dini radikalizmə qarşı mübarizə tədbirləri ilə bağlı dəyirmi masa keçirilib – FOTO

Bakıda “Qeyri-ənənəvi dini cərəyanların təbliğatının qarşısının alınması və dini radikalizmə qarşı mübarizədə şəxsi heyətlə iş üzrə zabitlərin rolu” mövzusunda dəyirmi masa keçirilib. 

1news.az-ın məlumatına görə, tədbir Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Silahlı Qüvvələrdə dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə 2016-cı – Multikulturalizm ili üçün tədbirlər planına əsasən təşkil olunub.

Nazirliyin “N” nömrəli hərbi hissəsində keçirilən dəyirmi masanı Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani açaraq bildirib ki, müdafiə naziri Zakir Həsənov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının təsdiq etdikləri tədbirlər planına əsasən birlik, birləşmə, hərbi hissələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər kollektivlərdə seminar-müşavirələr, dəyirmi masalar, söhbət və disputlar, görüşlər, mühazirələr və digər mədəni-kütləvi tədbirlərin təşkilinə artıq start verilib.

Bu tədbirlər şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyi kimi, onların mənəvi-psixoloji hazırlığında, vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsində də mühüm rol oynayır.

Qeyd edilib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizdə vicdan azadlığı ilə bağlı hüquqlar bərpa olunub, məscid və kilsələrin fəaliyyətinə rəsmən icazə verilib, ölkə Konstitusiyasında bütün dini etiqadların qanun qarşısında bərabər olduğu göstərilib, insan şəxsiyyətinə və insanlıq prinsiplərinə zidd dini baxışlar qadağan edilib. Lakin Azərbaycanda dini sahədəki tolerantlıq xalqımız üçün xarakterik olmayan bəzi sekta və cərəyanlara da fəaliyyət imkanı verib. Hətta bu qeyri-ənənəvi dini cərəyanların faəliyyəti bir çox hallarda xalqımız və dövlətçiliyimiz üçün təhlükəli fəsadlar da yaradıb. Məhz bu səbəblərə görə 1997-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə dini təbliğat aparmaq qadağan edilib.

Vurğulanıb ki, qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm bütün cəmiyyət üçün bir bəla olduğu kimi, cəmiyyətin bir parçası olan ordu üçün də çox təhlükəlidir. Ona görə də keçirilən dəyirmi masanın mövzusu və qarşısına qoyduğu məqsəd çox aktualdır və önəmlidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov mövzu ilə bağlı geniş məruzə edib. Öncə bu qurumun fəaliyyəti barədə dəyirmi masa iştirakçılarına məlumat verib. Bildirib ki, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə din dövlətdən ayrıdır. Buna görə də dövlət-din münasibətlərini tənzimləmək məqsədilə 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Bu komitə ictimaiyyətlə, hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələrini daima genişləndirir, məqsədyönlü tədbirlər həyata keçirərək qarşısına qoyulmuş vəzifələri layiqincə yerinə yetirir.

Qeyri-ənənəvi dini cərəyanlar və dini radikalizm barədə ətraflı məlumat verən məruzəçi onların yaranma səbəbləri və təbliğatının qarşısını almaq yollarından da geniş bəhs edib, dəyirmi masa iştirakçılarının suallarını cavablandırıb.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Sumqayıt və Abşeron rayonu üzrə nümayəndəsi Hacı Rauf Sərdarovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dinşünaslıq ekspertizası şöbəsi müdirinin müavini Cahandar Əlifzadənin çıxışları da maraqla qarşılanıb.

Birlik komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Elşad Əbilov sonda dəyirmi masanın qonaqlarına komandanlıq adından minnətdarlığını bildirib və bu tədbirin qeyri-ənənəvi dini cərəyanların tədliğatının qarşısının alınması və dini radikalizmə qarşı mübarizədə şəxsi heyətlə iş üzrə zabitlərin fəaliyyətinə müsbət təsir göstərəciyini nəzərə çatdırıb.

1news.az

Paylaş:
637

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər