FES uçot dərəcəsini əvvəlki səviyyədə saxladı
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) uçot dərəcəsini əvvəlki səviyyədə saxlamağı qərara alıb.
1news.az-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, ABŞ Mərkəzi Bankı bunu qlobal iqtisadiyyatda mövcud olan risklərlə izah edib.
Cari il üçün inflyasiya səviyyəsi 1,2%-ədək azalıb, işsizlik üzrə proqnoz isə 4,7% səviyyəsinədək saxlanılıb.
Qeyd edək ki, FES-in növbəti iclası aprelin 26-27-də baş tutacaq.
1news.az
2272