Səfir: "Tacikistan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyət göstərməsində maraqlıdır" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Səfir: "Tacikistan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyət göstərməsində maraqlıdır"

11:45 - 16 / 03 / 2016
Səfir: "Tacikistan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyət göstərməsində maraqlıdır"

"Tacikistan Bakı-Tbilisi-Qars dəmir yol xəttinin fəaliyyət göstərməsində maraqlıdır və biz gələcəkdə Tacikistan-Əfqanıstan-Türkmənistan dəmir yolu xəttinin Azərbaycanın dəmir yolu xətlərinə qoşulması layihəsinin perspektivlərini nəzərdən keçiririk".

1news.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov deyib.

Onun sözlərinə görə, bu dəmir yolları xətlərinin birləşməsi ilə gələcəkdə Mərkəzi Asiyadan Avropaya qədər uzanacaq yolun önünü açmaq olar.

"Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında qarşılıqlı ticarətin inkişafına mane olan amillərdən biri nəqliyyat-kommunikasiya imkanlarının məhdudluğudur. Ölkəmizin coğrafi mövqeyini nəzərə alsaq, bu cür ticarət təbii ki, zəruri infrastrukturun yaradılmasını tələb edir. Bu baxımdan biz TRACECA layihəsi çərçivəsində Böyük İpək Yolunun dirçəldilməsində maraqlıyıq", - səfir bildirib.

Bundan başqa, səfir ölkələr arasında ticari-iqtisadi əlaqələrin inkişafında da maraqlı olduqlarını qeyd edib: "Tacikistan iqtisadiyyatımızın lokomotivi olan alüminium istehsalı üçün gil torpaq və neft koksu idxalında maraqlıdır. Üstəlik, azərbaycanlı həmkarlarımızla Azərbaycana Gəncə zavodunda yenidən işlənməsi üçün anod blokları və boksit ixracının perspektivlərini, ardından isə bu prosesdən yaranacaq və alüminiumun əridilməsi zamanı istifadə olunan alüminium-oksidin alışını müzakirə edirik".

1news.az

Paylaş:
1363

Son xəbərlər

Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44
Bütün xəbərlər