Sabirabadda “Novruz - Dostluq Festivalı” keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda “Novruz - Dostluq Festivalı” keçirilib – FOTO

11:53 - 16 / 03 / 2016
Sabirabadda “Novruz - Dostluq Festivalı” keçirilib – FOTO

Sabirabad şəhərində Türkiyə, İran, Hindistan və Əfqanıstandan olan iştirakçıların qatıldığı “Novruz - Dostluq Festivalı” keçirilib. 

1news.az-ın məlumatına görə, festival ASAN Könüllüləri Təşkilatının təşəbbüsü və Sabirabad rayonu İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qonaqları salamlayaraq bildirib ki, Novruz bayramı ümumxalq bayramı kimi uzun əsrlərdən bəri ölkəmizdə böyük təntənə ilə keçirilir və bu bayram insanlara dostluq mesajı verir. Həmçinin qeyd edib ki, 2010-cu ildə BMT Baş Assambleyasının qərarı ilə 21 mart tarixi Beynəlxalq Novruz Günü elan olunub.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri  İnam Kərimov festival iştirakçılarını təbrik edərək Novruz bayramının önəmi, insanları qarşılıqlı ünsiyyətə çağırması, səmimiyyəti gücləndirməsi və yüksək əxlaqi keyfiyyətlər formalaşdırması barədə danışıb. Eyni zamanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsində Azərbaycanda zəruri şəraitin yaradıldığını, “Novruz - Dostluq Festivalı”nın keçirilməsinin də buna bariz nümunə olduğunu qeyd edib.

Daha sonra digər qonaqlar çıxış edərək “Novruz - Dostluq Festivalı”nın keçirilməsinin əhəmiyyətindən danışaraq bayramı qeyd edən xalqları təbrik ediblər.

Festivalda hər bir ölkənin mədəniyyətini əks etdirən milli mətbəx nümunələri, milli-tətbiqi sənət məhsulları və Novruz adət-ənənələri sərgilənib.

Bayramı tərənnüm edən çıxışlar, rəngarəng rəqs nümunələri, mahnılar və səhnəciklərdən ibarət olan bədii hissə ilə festival davam etdirilib.

Sonda festival iştirakçıları Sabirabad “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

1news.az

Paylaş:
909

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər