Prezidentin Türkiyə səfəri bu ölkənin KİV-ində geniş işıqlandırılıb ­– FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin Türkiyə səfəri bu ölkənin KİV-ində geniş işıqlandırılıb ­– FOTO – VİDEO

12:12 - 16 / 03 / 2016
Prezidentin Türkiyə səfəri bu ölkənin KİV-ində geniş işıqlandırılıb ­– FOTO – VİDEO

Martın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri,  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqları, iki dövlətin nümayəndə heyəti arasındakı müzakirələri bu ölkənin mətbuatında geniş işıqlandırılıb.

1news.az-ın verdiyi xəbərə görə, TRT Haber agentliyinin bu səfərlə bağlı materialı belə başlıqla yayımlanıb: "Azərbaycan dövlət başçısı tarixi zirvə üçün Türkiyədə".

Anadolu agentliyinin bu mövzuda xəbərlərindən biri "İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olarıq" başlığı ilə yayımlanıb.

"Haberler" saytının bu görüşlərlə bağlı yaydığı bəzi məqalələrin başlıqları belə olub: “Prezident: TANAP-ı erkən tamamlamağı planlaşdırırıq","Türkiyə ilə Azərbaycan arasında 6 müqavilə imzalandı", "Ərdoğan-Əliyev qucaqlaşması gündəmə oturdu".

"Milliyet"dəki başlıqlardan bəziləri belə olub: "Əliyevdən böyük jest: Bu gün Ankaraya gəlir", "Türkiyəni diz çökdürə bilməzlər".

"sozcu.com.tr" saytında səfərlə bağlı "Azərbaycanın dövlət başçısı İlham Əliyev Ankarada", "TANAP sürətləndirilir" və s. bu başlıqda yazılar yayımlayıb.

"Hürriyet"in manşetlərindən biri belə olub: "Prezident Ərdoğan: "Qara günün dostu olduğunu göstərdi".

"Haberturk" saytında görüşlə bağlı materillardan biri "İlham Əliyev – prezident Ərdoğanın qonağı" başlığı ilə yayımlanıb.

NTV televiziya kanalının saytında da bu səfərlə bağlı geniş material dərc edilib. Onlardan biri belədir: "Ərdoğan: Azərbaycan qara günün dostu olduğunu göstərdi".

"İHA" agentliyinin yaydığı başlıqlardan bəziləri belədir. "Dövlət başçısı Ərdoğandan Əliyevin jestinə jestlə qarşılıq", "Prezident Ərdoğan, Azərbaycan Prezidenti Əliyevlə görüşdü".

"Ərdoğan və Əliyevin səmimi qucaqlaşması" başlıqlı yazı isə "Haberler" saytında yayılıb. Bu saytda digər iki yazının başlığı isə belədir: "Prezident iqamətgahında tarixi görüş", "Rusiyanın yuxusu kabusa dönür", "Bu da Azərbaycanla imzalanan yeni müqavilələr", "Türkiyə ilə Azərbaycan arasında yeni müqavilələr imzalandı", "Ərdoğan və Əliyevdən heyrətamiz açıqlamalar".

Səfərlə bağlı "CNNTürk"“Ərdoğandan Ankara hadisələrinə münasibət: “Məsələ məkan deyil, könül birliyidir" başlıqda material yayımlayıb.

"Türkiye Gazetesi"ndə də səfər geniş işıqlandırılıb. Burada "Ərdoğan təxirə salacaqdı Əliyev "Mən gəlim" dedi", "Prezident Ərdoğan və Əliyevdən əhəmiyyətli açıqlamalar", "Əliyev və Ərdoğandan TANAP müjdəsi" və s. başlıqlı məqalələr yayımlanıb.

YeniŞafak-da isə “Prezident Ərdoğandan Əliyevə jest” başlıqlı məqalə dərc edilib. Sonda R.T.Ərdoğan İlham Əliyevi təyyarə qalxıncaya qədər müşayiət edib.

Mövzu ilə əlaqədar oxuyun:

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb – VİDEO

İlham Əliyev: “Dünyada Türkiyə və Azərbaycan qədər yaxın olan dövlətlər yoxdur” - FOTO - VİDEO

İlham Əliyev: “İyirmi beş ildir ki, Türkiyə və Azərbaycan birlik, həmrəylik göstərir” - FOTO

Azərbaycan-Türkiyə sənədləri imzalanıb - FOTO

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçirilib – FOTO

1news.az

Paylaş:
4698

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər