Dövlət Neft Fondu 8 banka 39,1 milyon dollar vəsait satıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Neft Fondu 8 banka 39,1 milyon dollar vəsait satıb

12:38 - 16 / 03 / 2016
Dövlət Neft Fondu 8 banka 39,1 milyon dollar vəsait satıb

Bu gün Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə növbəti hərrac təşkil edilib.

1news.az-ın məlumatına görə, Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100  milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 39,1 milyon ABŞ dolları məbləğində vəsait 8 banka satılıb.

“İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək”- deyə, Fonddan bildiriblər.

1news.az

Paylaş:
970

Son xəbərlər

Bütün xəbərlər