Cəlilabadda partlayış olub: 5 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda partlayış olub: 5 nəfər xəsarət alıb

12:59 - 16 / 03 / 2016
Cəlilabadda partlayış olub: 5 nəfər xəsarət alıb

Cəlilabad rayonunda 5 nəfərin yaralanması ilə nəticələnən partlayış baş verib.

1news.az-ın verdiyi xəbərə görə, hadisə dünən sözügedən rayonun Privolnoye kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan Muxtar Rzayevin evində məişətdə istifadə edilən qaz balonunun nasazlığından ani partlayış baş verib.

Nəticədə yanıq xəsarəti almış M.Rzayev, arvadı Nərmin, qohumları J.Rzayeva, A.Rzayeva və Ü.Əsgərova xəstəxanaya yerləşdiriliblər.

1news.az

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər