Novruz ərəfəsində “Azercell”dən iki yeni kampaniya - FOTO
“Azercell Telekom” Novruz bayramı münasibətilə “SimSim” və eləcə də, “Fakturalı Xətt” abunəçiləri üçün çox sərfəli şərtlərlə daha 2 yeni kampaniyaya başlayır.
Bayram ərəfəsində “SimSim” abunəçiləri üçün ilk dəfə olaraq faizsiz kredit şərtləri ilə “Samsung J1 Ace” mobil telefonu abunəçilərə təqdim olunur. Kampaniya çərçivəsində Kombo 8 və ya Kombo 16 tariflərindən birinə qoşulmaqla abunəçilər “Samsung J1 Ace” modelli smartfona daha sərfəli şərtlərlə sahib ola bilərlər.
Belə ki, abunəçilər Kombo 8 tarif paketinə qoşulmaqla 18 ay müddətində cəmi 19 AZN, Kombo16 tarif paketində isə cəmi 27 AZN ödəniş etməklə “Samsung J1 Ace” mobil telefonunu əldə etmək imkanı qazanırlar. Martın 16-dan etibarən “Azercell” diler şəbəkələrinə və eləcə də, “Azercell Ekspres” ofislərinə müraciət etməklə abunəçilər bu kampaniyadan yararlana bilər.
“Azercell” bütün abunəçiləri üçün də çox sərfəli bir kampaniya təqdim edir. Belə ki, 18 mart-18 aprel tarixlərində “Samsung S7” mobil telefonu əldə edən abunəçilər növbəti 6 ay ərzində “Azercell”dən 5GB mobil internet hədiyyə qazanacaqlar. Bonusu aktiv etmək ucun 5 yazıb 2525-ə göndərmək və ya telefonun ekranında *100*5#YES yığmaq lazimdir. Kampaniya “Azercell Diler” şəbəkələrində və eləcə də bütün “Azercell Ekspres” ofislərində keçərlidir.
“Azercell” bir daha sizi yaxınlarınızla birgə bu Bayram sevincini paylaşmağa dəvət edir!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Qeyd edək ki, “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M, MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir.
2015-ci ilin sonuna “Azercell” abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə “Azercell” 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim edib. “Azercell” Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.
“Azercell” dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.