“ASAN xidmət” sənədlərin ünvanlara çatdırılma xidmətini təqdim edir | 1news.az | Xəbərlər
Cəmiyyət

“ASAN xidmət” sənədlərin ünvanlara çatdırılma xidmətini təqdim edir

10:44 - 17 / 03 / 2016
“ASAN xidmət” sənədlərin ünvanlara çatdırılma xidmətini təqdim edir

“ASAN xidmət” vətəndaşlara şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının ünvanlara çatdırılma xidmətini təqdim edir.

1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, ilk olaraq pilot layihə çərçivəsində Həsən Əliyev 36 ünvanında yerləşən 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmiş vətəndaşlar bu xidmətdən yararlana biləcəklər. 

Belə ki, sənədlər hazır olduqdan sonra qeyd edilən saatlarda vətəndaşa çatdırılır və məxsus olduğu şəxsə təqdim olunur. Sənədlərin çatdırılma müddəti isə həftənin beş günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri saat 11:00-dan 17:00-dəkdir.

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə sənədlərin çatdırılması kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər, sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət haqqı ödənilmədən həyata keçirilir.

Sənədlərin çatdırılma xidmətindən faydalanmaq və ətraflı məlumat almaq istəyən vətəndaşlar “ASAN xidmət”də məlumat köşkünə yaxınlaşa və ya 108 Çağrı Mərkəzinə zəng edə bilərlər.

1news.az

Paylaş:
662

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər