Müdafiə Nazirliyi: “Azərbaycan hərbi qüvvələri haqqında Rusiya mətbuatında verilən məlumatlar köhnədir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi: “Azərbaycan hərbi qüvvələri haqqında Rusiya mətbuatında verilən məlumatlar köhnədir”

11:59 - 17 / 03 / 2016
Müdafiə Nazirliyi: “Azərbaycan hərbi qüvvələri haqqında Rusiya mətbuatında verilən məlumatlar köhnədir”

Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın “Hərbi-sənaye kuryeri” saytında Aleksandr  Xramçixinin “Bir müharibənin ordusu” adlı məqaləsində Azərbaycan Hərbi Qüvvələri haqqında verilən məlumatlara münasibət bildirib.

“Məqaləni oxuyarkən belə təəssürat yaranır ki, müəllif Azərbaycan Silahlı Qüvvələrində baş verən proseslərdən xəbərsizdir”,- deyə, 1news.az-a AR Müdafiə Nazirliyindən bildirildi.

“Azərbaycan qısa zaman ərzində arsenalını müasir, yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik silah və texnika ilə yeniləyib. Bu proses artan istiqamətdsə davam edir.

Hərbi qurumdan bildirilib ki, müəllifin fikirləri çox hallarda reallığa uyğun deyil, hazırkı vəziyyəti və regionda baş verən prosesləri əks etdirmir.

Azərbaycan işğalçı, cinayətkar separatçı rejimlə mübarizə üçün kifayət qədər hərbi qüvvəyə malikdir. Azərbaycanın aktiv hərbi əməliyyatlara başlamamasının yeganə səbəbi AR-in sülhsevər siyasəti və beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasıdır. Əksinə Azərbaycanda olan silah və texnika nəinki işğal altında olan Dağlıq Qarabağ ərazisinin, həm də Ermənistan ərazidindəki istənilən obyekti məhv etməyə imkan verir”,- Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, A. Xramçinko məqalədə Azərbaycan Hərbi Qüvvələri, qoşunların yerdəyişməsi, Rusiya, Ukrayna, Belorusiya, İsrail, Türkiyə, CAR-dan kütləvi hərbi texnika alması  haqqında məlumat verir.

Müəllif qeyd edib ki, alınan texnika (   Т-90 tankı, “Msta” SAU, “Smerç”, TOS-1A) Qarabağda erməni müdafiəsini qırmaq üçün nəzərdə tutulub.

1news.az

Paylaş:
880

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər