Azad Rəhimov Fransanın ölkəmizdəki səfiri ilə görüşüb | 1news.az | Xəbərlər
İdman

Azad Rəhimov Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

12:30 - 17 / 03 / 2016
Azad Rəhimov Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

Gənclər və idman naziri Azad Rəhimov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşezi qəbul edib.

1news.az-ın məlumatına görə, görüş zamanı gənclər və idman sahələrində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, hər iki sahəyə məsul şəxslərin görüşlərinin faydasının önəmi   diqqətə çatdırılıb.

Nazir A.Rəhimov Avropa Oyunları zamanı  bir sıra fransız şirkət və mütəxəssislərinin oyunların hazırlıq işlərinə cəlb olunduqlarını qeyd edib. Nazir eyni zamanada, IV İslam Həmrəylik Oyunlarına hazırlıq işlərində də fransız mütəxəssislərin cəlb olunmasının mümkünlüyünü  vurğulayıb.

Xanım səfir öz növbəsində hər iki ölkə arasında gənclər sahəsində regionlar arası münasibətlərin qurulmasının vacibliyini bildirib.

1news.az

Paylaş:
783

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər