Parlament nümayəndələri əfv sərəncamına görə ölkə prezidentinə minnətdarlıqlarını bildirdilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlament nümayəndələri əfv sərəncamına görə ölkə prezidentinə minnətdarlıqlarını bildirdilər

13:09 - 18 / 03 / 2016
Parlament nümayəndələri əfv sərəncamına görə ölkə prezidentinə minnətdarlıqlarını bildirdilər

Mart ayının 18-də keçirilən parlament iclasında millət vəkilləri əfv sərəncamının imzalanmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 1news.az xəbər verir ki, iclasda çıxış edən spiker Oqtay Əsədov 17 mart Novruz bayramı ərəfəsində 148 nəfərin azadlığa buraxılması haqqında imzaladığı əfv sərəncamına görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Spikerin söylədikləri deputatlar tərəfindən alqışlanıb.

Xatırladaq ki, 17 mart tarixində Azərbaycan Respublikası Prezidenti 148 nəfərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv olunanların  137 nəfəri azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən, 6 nəfər islah işlərindən, 5 nəfər isə cərimələrin ödənməsindən azad edilib.

Bu siyahıda olan 16 nəfər xarici ölkə vətəndaşıdır və azad olunan kimi ölkədən deportasiya olunub.

Əfvlə bağlı aktın qəbulu zamanı cinayətin ağırlığı, məhkumların cəmiyyət üçün nə dərəcədə təhlükəli olması, səhhəti və ailə vəziyyəti, cəzaçəkmə müəssisələrindəki davranışları nəzərə alınıb.

Əfv olunanlar sırasındakı 14 nəfərin azad olunması ilə bağlı hüquq-müdafiə təşkilatları vəsatət qaldırmışdı. Bura Akif Muradverdiyev, NİDA hərəkatının üzvləri :Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, Ömər Məmmədov,  QHT funksionerləri: Rəsul Cəfərov, Anar Məmmədli, Taleh Xasməmmədov, jurnalistlər: Pərviz Həşimov, Hilal Məmmədov, siyasi partiya üzvləri: Sirac Kərimli, Nemət Pənahlı, Yadigar Sadiqov və Tofiq Yaqubov daxildir.

1news.az

 

Paylaş:
591

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər