Əfv sərəncamının icrası davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfv sərəncamının icrası davam edir

14:09 - 18 / 03 / 2016
Əfv sərəncamının icrası davam edir

AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmət müəssisələrində Prezident İlham Əliyevin 17 mart tarixində imzaladığı əfv sərəncamının icrası həyata keçirilir.

1news.az xəbər verir ki, 9 və 17 saylı cəzaçəkmə müəssisələrinin hər birindən 3 nəfər azadlığa buraxılıb.

Azadlığa çıxanlardan  Qarabağ müharibəsi veteranı, keçmiş batalyon komandiri olan  Alyoşa Cəmil oğlu Sadiqov Azərbaycan Prezidentinə bu humanist addıma görə təşəkkürünü bildirib.

“Novruz bayramı ərəfəsində qəbul olunan bu qərar Prezident İlham Əliyevin insanlara qarşı  humanist münasibətini  təsdiq edir”.

Azadlığa çıxan digər insanlar da dövlət başçısına münnətdarlıqlarını ifadə edib.

1news.az

Paylaş:
885

Son xəbərlər

Bütün xəbərlər