Əfv olunmuş İsrail vətəndaşı: “Prezident İlham Əliyevə təşəkkür edirəm” | 1news.az | Xəbərlər
Cəmiyyət

Əfv olunmuş İsrail vətəndaşı: “Prezident İlham Əliyevə təşəkkür edirəm”

15:46 - 18 / 03 / 2016
Əfv olunmuş İsrail vətəndaşı: “Prezident İlham Əliyevə təşəkkür edirəm”

Ədliyyə Nazirliyinin 2 saylı Penitensiar Xidmət müəssisəsində Prezident İlham Əliyevin əfv sərəncamının icrası həyata keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidməti müdirinin müavini ədliyyə polkovniki Rafiq Ramazanov iştirak edib.

Bütövlükdə bu müəssisədə 16 nəfər azad olunub. Onlardan 2-si xarici ölkə vətəndaşları olan israilli Vladislav Bassin, və əfqanıstanlı Əlizehi Bəşir Səid olub.

Əfv olunanların hər biri dövlət başçısına minnətdarlığını bildirib.

“Prezident İlham Əliyevə yüksək humanizm nümayiş etdirdiyənə görə təşəkkürümü bildirirəm”,- deyə İsrail vətəndaşı  V.Bassin bildirib.

1news.az

 

Paylaş:
724

Son xəbərlər

Bütün xəbərlər