Ombudsman Aparatı: Dünya ictimaiyyəti əfv sərəncamını alqışlayır
“Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı növbəti əfv sərəncamı məhz insanlığa, insan hüquqlarına verilən mühüm dəyər, humanizm siyasətinin bariz nümunəsi və davamıdır”.
1news.az-ın xəbərinə görə, bunu Ombudsmanın Aparatının şöbə müdiri Rəşid Rumzadə deyib.
R.Rumzadbildirib ki, sayca 61-ci olan və davamlı xarakter daşıyan əfv sərəncamını bütün dünya ictimaiyyəti alqışlayır:
“Bu ölkə başçısının öz vətəndaşlarına olan inamının ifadəsidir. Qarşıda duran mühüm vəzifə isə göstərilən bu diqqəti və etimadı doğrultmaqdır”.
O, qeyd edib ki, Azərbaycan Prezidentinin sonuncu imzaladığı əfv sərəncamında Ombudsman Elmira Süleymanovanın təklif etdiyi siyahıdan 25 nəfər, ötən illər ərzində isə ümumilikdə 518 nəfər azadlığa qovuşub:
“Biz də Ombudsman təsisatı olaraq ölkə başçısına daim insan hüquqlarına verdiyi dəyərə və humanist addımlarına görə təşəkkürümüzü bildiririk”.
1news.az