Neftin qiyməti üç aylıq maksimumunu yeniləyib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin qiyməti üç aylıq maksimumunu yeniləyib

16:34 - 18 / 03 / 2016
Neftin qiyməti üç aylıq maksimumunu yeniləyib

Cümə günü dünya birjalarında neftin qiyməti artmaqda davam edir. 2015-ci ilin dekabrın 4-dən indiyədək olan müddətdə WTI markalı neft ilk dəfə olaraq 2,29% bahalaşaraq bir barreli 41,12 dollar olub.

1news.az-ın “RİA Novosti”-yə istinadla verdiyi xəbərə görə, həmçinin Brent markalı neft 2,07% bahalaşaraq bir barreli 42,40 dollar olub.

Qiymətlər bu ilin minimumundan 50%-dən çox bahalaşıb. Buna səbəb gələn ay Qətərdə keçiriləcək iri xammal sahibkarlarının hasilatın həcminin dondurulması ilə bağlı görüşü ilə əlaqədardır. Rusiyanın energetika naziri Aleksandr Novakın bildirdiyinə görə, görüş aprelin 17-də 15-dən çox neft hasil edən ölkələrin iştirakı ilə keçiriləcək. 

Lakin Bloomberg-in analitiklərinin fikrincə bu artım müvəqqəti xarakter daşıyır. Buna görə də, investorlar bu səviyyələrə ehtiyat edirlər.

1news.az

Paylaş:
1934

Son xəbərlər

Bütün xəbərlər