“Nüvə materialının fiziki mühafizəsi haqqında” konvensiyaya düzəliş təsdiq edildi | 1news.az | Xəbərlər
Rəsmi

“Nüvə materialının fiziki mühafizəsi haqqında” konvensiyaya düzəliş təsdiq edildi

18:10 - 18 / 03 / 2016
“Nüvə materialının fiziki mühafizəsi haqqında” konvensiyaya düzəliş təsdiq edildi

Azərbaycan prezidenti İlham Əliyev “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya düzəlişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən bildirir ki, qanunda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya 2005-ci il iyulun 8-də Vyana şəhərində qəbul edilmiş Düzəliş Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) təsdiq edilsin”.

1news.az

Paylaş:
720

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər