Samsung şirkətinin yeni flaqman smartfonları – Galaxy S7 edge və S7 artıq Azərbaycanda rəsmi satışdadır – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung şirkətinin yeni flaqman smartfonları – Galaxy S7 edge və S7 artıq Azərbaycanda rəsmi satışdadır – FOTO

18:40 - 18 / 03 / 2016
Samsung şirkətinin yeni flaqman smartfonları – Galaxy S7 edge və S7 artıq Azərbaycanda rəsmi satışdadır – FOTO

Galaxy S7 edge və S7 smartfonlarını bu gündən etibarən rəsmi olaraq əldə edə bilərsiniz.

SmartFonlar  əvvəlki seriyadan fərqli olaraq bir çox yeni funksiyalarla təchiz olunub və təkmilləşdirilib.

5,1 düym (≈13sm) ölçülü Galaxy S7 və 5,5 düym (≈14sm) ölçülü Galaxy S7 edge, 3D şüşə və metalın istifadəsi ilə yaradılıb və unikal dizaynı ilə fərqlənir.

Əsas kamerası 12 MP və ön kamerası 5 MP olan smartfon əvvəlki seriyadan fəqli olaraq Dual Pixel texnologiyasını dəstəkləyir. Bu o deməkdir ki, professional fotoapparatlarda olduğu kimi hər bir pixel fokuslamada iştirak edir, obyektləri daha tez fokuslayır və təkmilləşdirilmiş F1.7 linza hesabına qaranlıq şəraitdə və sürətli hərəkətdə də aydın şəkillər çəkməyə imkan verir. “Beauty mode” rejimi isə, selfie çəkilişində üzü təbii işıq effekti ilə daha aydın qeydə alır.

Smartfonun ən vacib xüsusiyyətlərindən biri, suya və toza qarşı davamlılığıdır (İP68). Smartfon suda yarım saatadək, 1,5 metrilk dərinlikdə qala bilir. Artıq yağışdan, təsadüfən telefonun suya düşməsindən narahat olmağa ehtiyac yoxdur.

Batareyaya gəldikdə isə, smartfon Octa core (2.3GHz Quad + 1.6GHz Quad), 64 bit, 14 nm, 4GB RAM ilə təchiz olunmuşdur və yeni soyutma sistemi ilə əvvəlki seriya modelindən 63% daha güclü göstəricilərə malikdir. Artırılmış batareya həcmi (3,000 mA/s və 3,600 mA/s) və daha sürətli simli və simsiz enerji doldurma Galaxy S7 smartfonlarından istifadəni daha da rahat və uzun edir.

Oyun həvəskarları da yeni seriyada diqqətdən kənarda qalmayıb. Mobil telefonlarda ilk dəfə istifadə olunan Vulkan Api sayəsində detallı qrafika və sürətli  göstərici ilə oyundan həzz ala biləcəksiniz. Game launcher və Game Tools mobil əlavələri smartfonu daha az enerji sərfiyyatı rejiminə keçirir, sms və zəng qəbulunun oyun oynanıldığı zaman söndürülməsini və sizin sırf oyuna köklənməyinizi təmin edir. Siz həmçinin oyunları video və screenshot şəklində qeydə ala, yaddaşda saxlaya və dostlarınızla paylaşa bilərsiniz.

Dual Sim kart dəstəyi və yaddaşın microSD ilə 200 GB-a qədər artırılması imkanı isə çoxdan gözlənilən parametrlər idi. İkinci smart-slotu siz həm yaddaşın artırılmasına, həm də ikinci sim kart üçün istifadə edə bilərsiniz.

Qeyd edək ki, Samsungun bütün flaqman modelləri kimi S7 və S7 edge də Gear VR reallıq eynəklərini dəstəkləyir. Bu eynəkləri  istifadə etməklə, Galaxy S7 smartfonları Sizə inanılmaz 360º virtual reallıq təcrübəsi yaşadacaq. Bu cihazla özünüzü virtual reallığın içində hiss edəcəksiniz.

Sonda qeyd etmək istərdik ki, əvvəlki S6 Edge modelindən fərqli olaraq, S7 edge modelində qövsvari hissə bir qədər genişləndirilməklə əldə daha rahat tutulma təmin olunmuşdur.

Smartfonları İntegralplus mağazalar şəbəkəsindən  və ya Azercell-in digər rəsmi dilerlərindən alan hər kəs, Azercell-dən yarım il müddətinə, aylıq 5GB internet paketi hədiyyə alır!

Baku Electronics mağazalar şəbəkəsində isə, smartfonları 6 aylıq faizsiz kreditlə əldə etmək mümkündür.

Galaxy S7 smartfonunun qiyməti 1,299 AZN, Galaxy S7 edge smartfonunun qiyməti isə 1,399 AZN-dir.

Samsung Galaxy S7/S7 edge – Smartfondan ala biləcəyinizi yenidən dərk edin!

Paylaş:
2606

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər