“PAŞA Sığorta” şirkəti artıq Azərbaycanın bütün “ASAN xidmət” mərkəzlərində | 1news.az | Xəbərlər
İqtisadiyyat

“PAŞA Sığorta” şirkəti artıq Azərbaycanın bütün “ASAN xidmət” mərkəzlərində

19:05 - 18 / 03 / 2016
“PAŞA Sığorta” şirkəti artıq Azərbaycanın bütün “ASAN xidmət” mərkəzlərində

“PAŞA Sığorta” şirkəti daim müştərilərinin rahatlığını düşünən bir şirkət olaraq, onlara daha yaxın olmaq üçün artıq ölkənin bütün “ASAN xidmət” mərkəzlərində öz məhsullarını təqdim edəcək.

“PAŞA Sığorta” şirkətinin təklif etdiyi avtonəqliyyat vasitələrinin icbari və könüllü sığortası, həmçinin daşınmaz əmlakın icbari və könüllü sığortası məhsullarından yararlanmaq istəyən müştərilər istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər.

Yaxın gələcəkdə “ASAN xidmət” mərkəzlərində “PAŞA Sığorta” şirkətinin digər məhsullarının da satışı planlaşdırılır.

Ətraflı məlumat üçün: *7000 Sığorta Məsləhətləri Xətti və ya http://pasha-insurance.az/az

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

 

Paylaş:
796

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər