Bir qrup hərbi qulluqçuya “polkovnik” hərbi rütbəsi verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir qrup hərbi qulluqçuya “polkovnik” hərbi rütbəsi verilib

21:22 - 18 / 03 / 2016
Bir qrup hərbi qulluqçuya “polkovnik” hərbi rütbəsi verilib

Müdafiə naziri Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə növbəti “polkovnik” hərbi rütbəsi verilib.

1news.az xəbər verir ki, Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə keçirilən tədbirdə müdafiə naziri rütbələrə təqdim olunan hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

“Qarşımızda torpaqlarımızın işğaldan azad olunması vəzifəsi dayanır. Siz də bütün Silahlı Qüvvələrimizin şəxsi heyəti kimi Ali Baş Komandanın və xalqımızın etimadını doğruldaraq bu müqəddəs vəzifənin yerinə yetirilməsinə hazır olmalısınız”- deyə, müdafiə naziri bildirib.

Təltif olunan zabitlər göstərilən etimada görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Şəxsi heyət rütbələrə təqdim olunmalarının Novruz bayramı ərəfəsinə təsadüf etməsindən böyük qürur duyduqlarını və hərbi xidmətə daha da məsuliyyətlə yanaşacaqlarını xüsusi qeyd ediblər.

1news.az

 

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər