Sabirabadda maskalı şəxslər evə basqın ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda maskalı şəxslər evə basqın ediblər

11:52 - 18 / 03 / 2016
Sabirabadda maskalı şəxslər evə basqın ediblər

Sabirabad rayonunda üzlərinə maska taxan şəxslər evə basqın ediblər.

1news.az-ın Rayon Polis Şöbəsinə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Qalaqayın kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1930-cu il təvəllüdlü Ələkbər Əsədovun yaşadığı evə girən iki maskalı şəxs onu və arvadı, 1956-cı il təvəllüdlü Sümbül Əsədovanı döyərək mənzildən pul aparıblar.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin Ə.Əsədovun qohumları Ceyhun Qurbanov və Vüqar Qurbanov olmaları müəyyən edilib. Hər iki şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1news.az

Paylaş:
796

Son xəbərlər

Bütün xəbərlər