Avropa İttifaqı Azərbaycanda 148 məhkumun əfv olunmasını alqışlayır | 1news.az | Xəbərlər
Siyasət

Avropa İttifaqı Azərbaycanda 148 məhkumun əfv olunmasını alqışlayır

11:56 - 18 / 03 / 2016
Avropa İttifaqı Azərbaycanda 148 məhkumun əfv olunmasını alqışlayır

Avropa İttifaqının (Aİ) Xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federiko Moqerini Prezident İlham Əliyevin Azərbaycanda 148 məhkumun əfv olunması ilə bağlı sərəncamını alqışlayır.

1news.az-ın verdiyi xəbərə görə, bu haqda Moqerinin təşkilat tərəfindən sayta qoyulmuş bəyanatında qeyd olunub.

“Bu, müsbət addımdır. Bu addım Azərbaycana fevralın 29-da səfərim zamanı günün əsas mövzusu idi”, - deyən Moqerini qeyd edib ki, əfv olunanlar arasında jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri də var.

“Müstəqil və müxtəlif vətəndaş cəmiyyətləri ölkənin möhkəmlənməsi və sabitliyi üçün qoyulmuş sərmayədir. Ümid edirəm ki, Azərbaycan bundan sonra da BMT, Avropa İttifaqı və ATƏT-in üzvü kimi beynəlxalq öhdəliklər çərçivəsində fəaliyyətini davan etdirəcək”, - o, bildirib.

Xatırladaq ki, Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev 17 mart 2016-cı ildə 148 məhkumun əfv edilməsilə bağlı sərəncam imzalayıb.  Əfv olunan şəxslərdən 137 nəfəri cəzasının çəkilməmiş hissəsindən, 6 nəfəri islah işləri, 5 nəfəri isə cərimələrin ödənilməsindən azad ediliblər.

Bundan əlavə, əfv olunanlara daxil olan 14 nəfərin ərizəsi insan hüquqları təşkilatları tərəfindən irəli sürülüb. Həmçinin əfv olunan şəxslərdən 16 nəfəri xarici vətəndaşlardır və onlar ölkədən deportasiya olunub.

Əfv haqqında qərar qəbul edilərkən məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti və cəza çəkdikləri müddətdə davranışları da nəzərə alınıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Tam siyahı ilə bu linkdən tanış olmaq olar.

1news.az

Paylaş:
786

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər