AZAL Novruz bayramı münasibətilə təbrik videoçarxı hazırlayıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL Novruz bayramı münasibətilə təbrik videoçarxı hazırlayıb – FOTO – VİDEO

12:32 - 18 / 03 / 2016
AZAL Novruz bayramı münasibətilə təbrik videoçarxı hazırlayıb – FOTO – VİDEO

“Azərbaycan Hava Yolları” (AZAL)  rəsmi Youtube kanalında ən mühüm bayram olan Novruz bayramına həsr olunmuş təbrik videoçarxı yerləşdirib.

1news.az-ın məlumatına görə, videoçarxda reysdən Bakıya yenicə çatan və bahar bayramını öz ailəsinin əhatəsində qeyd etmək üçün Naxçıvandakı evinə tələsən mülki aviasiyanın pilotu Həmzə Abbasovdan danışılır.

“Azərbaycan Hava Yolları pilotun  və ailəsinin simasında bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir ailəyə cansağlığı, səadət və bahar əhval-ruhiyyəsi arzulayır!” - təbrikdə deyilir.

1news.az

Paylaş:
699

Son xəbərlər

Bütün xəbərlər