Bakıda istifadəyə yararsız avtomobil təkərləri yanıb, 2 nəfər zəhərlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda istifadəyə yararsız avtomobil təkərləri yanıb, 2 nəfər zəhərlənib

20:19 - 20 / 03 / 2016
Bakıda istifadəyə yararsız avtomobil təkərləri yanıb, 2 nəfər zəhərlənib

Qaradağ rayonu, Qobustan qəsəbəsində vətəndaşa məxsus avtomobil təmiri sexinin ərazisində istifadəyə yararsız avtomobil təkərləri və 220 kv.m sahədə məişət tullantısı yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib.

Yaxınlıqdakı avtomobil sexi yanğından mühafizə olunub. Yanğın saat 16:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Paylaş:
577

Son xəbərlər

Bütün xəbərlər