"Qalatasaray"ın keçmiş məşqçisinin meyiti tapılıb-FOTO | 1news.az | Xəbərlər
İdman

"Qalatasaray"ın keçmiş məşqçisinin meyiti tapılıb-FOTO

15:45 - 25 / 03 / 2016
"Qalatasaray"ın keçmiş məşqçisinin meyiti tapılıb-FOTO

Türkiyənin "Qalatasaray" klubunun 21 yaşadək futbolçulardan ibarət komandasının sabiq məşqçisi Zafer Koç  bir mənzildə ölü halda tapılıb.

 1news.az-ın "sporcope.com"a istinadən məlumatına görə, 2 uşaq atası olan Z.Koç ötən gün evini tərk edib.

Həyat yoldaşı dəfələrlə zəng etsə də, o, telefonunu açmayıb. Bu gün səhər isə sabiq məşqçinin meyiti bir mənzildən aşkarlanıb. Ölünün üzərində zərbə və ya yara izinə rast gəlinməyib. Ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə onun cənazəsi tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, "Qalatasaray" klubu Zafer Koçu 2 ay öncə işdən çıxarıb. Həmin vaxtdan o, depressiyada olub.

1news.az

 

Paylaş:
719

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər