Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd ediblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd ediblər – FOTO

21:53 - 28 / 03 / 2016
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd ediblər – FOTO

Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 97-ci ildönümüdür.

1news.az-ın məlumatına görə, ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncama əsasən, hər il martın 28-də Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edirlər.

Dövlət Təhlükəsizliyi Xidmətinin (TDX) ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, peşə bayramı münasibətilə Xidmətin əməkdaşları və veteranlar Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

Sonra Şəhidlər xiyabanında Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın unudulmaz xatirəsi yad edilərək məzarları üstünə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Azərbaycanın suverenliyi və torpaqlarının erməni işğalından azadlığı uğrunda mübarizədə həlak olmuş və burada dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının da xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Təhlükəsizlik orqanlarının yaranmasının 97-ci ildönümü münasibətilə təntənəli mərasim Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) akt zalında davam etdirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev mərasimdə çıxış edərək bütün şəxsi heyəti və təhlükəsizlik orqanlarının veteranlarını, Ulu Öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibətilə təbrik edib.

Ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə Azərbaycanın gələcək müstəqilliyini düşünərək respublika həyatının bütün sahələrində misilsiz işlər gördüyünü xüsusi qeyd edən Mədət Quliyev bugünkü güclü Azərbaycan Respublikasının təməlinın məhz Ulu Öndərin dövlət təhlükəsizlik orqanlarına və davamlı olaraq ölkəmizə rəhbərlik etdiyi vaxtlardan qoyulduğunu bildirib. Xidmət rəisi deyib ki, yüzlərlə gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilib, milli hərbi kadrların hazırlanması məqsədilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Bunun nəticəsidir ki, hazırda ölkədə uğurla dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən böyük ziyalı, alim, mühəndis, hərbçi və digər mütəxəssis nəsli vardır. Ulu öndər Heydər Əliyev SSRİ rəhbərliyində olduğu dövrdə də gələcək müstəqil Azərbaycanın iqtisadi, elmi, texniki və hərbi imkanlarının formalaşdırılmasına böyük önəm verirdi.

General-leytenant Mədət Quliyev vurğulayıb ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə ölkədə hakimiyyətsizlik, anarxiya, cinayətkarlıq hökm sürürdü. Bunun nəticəsində Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Belə bir ağır vaxtda xalq meydanlara axışaraq, respublikanın müstəqilliyini və dövlətçiliyini itirməmək üçün yeganə xilaskar kimi tanıdığı Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsini və ölkəyə rəhbərlik etməsini israrla tələb etdi. Ulu öndər Heydər Əliyev öz xalqını və Vətənini belə bir çətin sınaq anında köməksiz qoya bilməzdi. O, özünün və ailə üzvlərinin həyatı üçün ciddi təhlükə olmasına baxmayaraq, 1993-cü il iyunun 15-də Bakıya qayıtdı və doğma xalqına qurtuluş gətirdi. Ümummilli lider Heydər Əliyev, eyni zamanda, müstəqil Azərbaycanın hüquq mühafizə, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun formalaşmasında və inkişafında böyük işlər görüb.

Hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında yeni mərhələyə qədəm qoyduğunu bildirən general-leytenant Mədət Quliyev Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə dövlətimizin müstəqillik, suverenlik və tərəqqi siyasətinin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının Dövlət Təhlükəsizliyi Xidmətinin əsas vəzifəsi olduğunu qeyd edib. Bu baxımdan günün tələbləri nəzərə alınaraq Dövlət Təhlükəsizliyi Xidmətində aparılan geniş islahatların fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verdiyi vurğulanıb.

Eyni zamanda, ölkəmizin maraqlarına qarşı təhdidlərin vaxtında aşkar edilərək müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, dövlətçiliyin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərildiyi bildirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin qarşısında böyük vəzifələrin qoyulduğu, görüləsi işlərin çox olduğu vurğulanıb, cinayətkarlıqla mübarizə, sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müvafiq dövlət və hüquq mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələrinin bu vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan verəcəyi diqqətə çatdırılıb.

General-leytenant Mədət Quliyev deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları üzərinə düşən vəzifələrin məsuliyyətini dərindən dərk edir. Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən ümummilli lider Heydər Əliyev siyasi xəttinin dönmədən həyata keçirilməsi, Vətənimizin, xalqımızın təhlükəsizliyi, yüksək sayıqlıq, peşəkarlıq və fədakarlıq fəaliyyətimizin əsasını təşkil edir. Biz Prezident İlham Əliyevin milli maraqların və mənafelərin hərtərəfli və etibarlı təmin olunması üzrə düşünülmüş və məqsədyönlü strategiyasının bundan sonra da uğurla aparılması üçün qətiyyətlə çalışmaq əzmindəyik. Dövlətimizin başçısı İlham Əliyev təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə daim diqqət və qayğı göstərir. Peşə bayramı ərəfəsində Azərbaycan Prezidentinin Sərəncamı ilə ali hərbi rütbənin verilməsi və digər mükafatlar təhlükəsizlik orqanlarına olan diqqətin daha bir parlaq təzahürüdür.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev göstərdiyi qayğıya görə dövlətimizin başçısına bütün əməkdaşların adından minnətdarlığını çatdıraraq deyib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənələrinə sadiq olan DTX-nin şəxsi heyəti Prezident İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaq, Silahlı Qüvvələrin Ali Baş Komandanının bütün əmr və göstərişləri bundan sonra da dərhal və vicdanla yerinə yetiriləcək.

Bayram tədbirində təhlükəsizlik orqanlarının veteranları adından çıxış edən Fariz Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, inamlı və son dərəcə cəsarətli daxili və xarici siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik dönməz xarakter alıb. Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə möhkəmlənir. İndi yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı qorunması istiqamətində həyata keçirdikləri fəaliyyətləri ilə öz tarixlərinin şərəfli səhifələrini yazırlar.

Veteranlara göstərilən diqqət və qayğıya görə onların adından dövlətimizin başçısına minnətdarlıq edən F.Məmmədov Vətənin və xalqın təhlükəsizliyinin qorunmasının gözəgörünməz cəbhədə çalışan hər bir əməkdaşın müqəddəs borcu olduğunu vurğulayıb.

Təntənəli mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.

Tədbirdə xidmətdə fərqlənən əməkdaşların, eləcə də təhlükəsizlik orqanlarının veteranlarının mükafatlandırılması barədə DTX rəisinin əmrləri elan edilib.

Mərasimin sonunda xatirə şəkli çəkdirilib.

Sonra bayram tədbiri Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində bədii proqramla davam etdirilib.

1news.az

 

Paylaş:
1943

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər