Bank Respublika “Mobil Şöbə” xidmətini təqdim edir - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank Respublika “Mobil Şöbə” xidmətini təqdim edir - FOTO

16:13 - 30 / 03 / 2016
 Bank Respublika “Mobil Şöbə” xidmətini təqdim edir - FOTO

“Mobil Şöbə” – xarici görünüşü və funksionallığı tamamilə yenilənmiş mobil əlavəsidir. Bu yenilik müştərilər tərəfindən rəğbətlə qarşılanmış Bankın “İnternet Şöbəsi” xidmətinin davamıdır.

“Yeni “Mobil Şöbə”-nin yaradılmasında məqsədimiz müştərilərə bank məhsullarının daha sərbəst və rahat şəkildə idarə edə bilməsi şəraitini təmin etməkdir, sanki onlar həqiqətən bankın filialına gəlib. Hal-hazırda ilkin versiyanın istifadəyə verilməsinə baxmayaraq, burada da müştəriləmiz üçün bir sıra yeni funksiyalar mövcuddur.

Yaxın zamanda daha bir neçə yeniliklərin istifadəyə verilməsi ilə “Mobil Şöbə” imkanlarını genişləndirəcək”, – deyə Bankın İdarə Heyəti sədrinin müavini Aslan Abasov bildirdi.

“Mobil Şöbə”-nin funksionallığı kartın balansı haqqında məlumat və çıxarış, bank hesablarında qalıqlar, mövcud kreditlər və ödəniş qrafikləri haqqında məlumat, əmanətlər haqqında ətraflı hesabat kimi xidmətləri özündə cəmləyir.

“Card to Card” əməliyyatları, hesaba mədaxil və kommunal xidmətlərin ödənişini etmək, həmçinin yeni əlavə vasitəsilə mümkündür. Yeniliklərdən biri şəxsi ödəniş şablonlarının yaradılması imkanıdır ki, bu şablonları gələcəkdə məlumatların doldurulmasına artıq vaxt sərf etmədən istifadə etmək olar.

İndi sizə yaxın və uyğun olan bank filialını, bankomatı və ya “PayKart” bonus sisteminin partnyorunu axtarıb tapmaq daha asan oldu. Müvafiq bölümlərdə obyektin harada yerləşdiyi barədə ətraflı məlumatı “Google Maps” xəritəsində əldə edə bilərsiniz.

“Mobil Şöbə”-nin istifadəçisi olmaq üçün “Bank Respublika” və “Mobil Şöbə” açar sözlərini “Google Play”-də yazıb həmin əlavəni yükləyin. Daha sonra Bankın uyğun filialına müraciət edərək mobil qurğunuzun qeydiyyatı üçün sizə birdəfəlik şifrə veriləcək. Qeydiyyatdan keçən kimi “Mobil Şöbə” seçdiyiniz dördrəqəmli PİN-kodla istifadə oluna bilər. 

Hal-hazırda bu əlavə yalnız Android (5.0 və daha yuxarı) platformasından yüklənə bilər, lakin yaxın zamanda iOS sistemi üçün də yeni versiya təqdim ediləcək.

Paylaş:
799

Son xəbərlər

Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06
Bütün xəbərlər