ASC Xalq Bank risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə açıq tender elan edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

ASC Xalq Bank risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə açıq tender elan edir

12:37 - 30 / 03 / 2016
ASC Xalq Bank risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə açıq tender elan edir

Layihə

Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi

Layihənin məqsədi

- risklərin idarə edilməsi sisteminin mövcud vəziyyətinin təhlili;

- sistemin cari vəziyyətinin aparıcı bank təcrübəsi ilə müqayisəsi;

- çatışmazlıqları aradan qaldıracaq hədəf risk menecment modelinin hazırlanması;

- Hazırlanmış modelin Bank üzrə tətbiqi;

- Tətbiq olunan modelin effektivliyinin mütəmadi qiymətləndirilməsi (ildə bir dəfədən az olmayaraq).

Görüləcək işlərin təsviri

Layihəni şərti olaraq üç mərhələdə icra etmək nəzərdə tutulmuşdur:

1-ci mərhələ:

Bankda əsas risk növləri üzrə risklərin idarə edilməsi zamanı təşkilati strukturun effektivliyinin təhlil və qiymətləndirilməsini əhatə etməlidir. Bu mərhələ risklərin idarə edilməsinin bütün səviyyə və elementlərini özündə əks etməlidir: risklərin tanınması, ölçülməsi, stress-testlərin keçirilməsi, hesabatlılıq, qərar vermə, o cümlədən limitlərin təyin olunması və onlara nəzarət olunması. Mərhələnin sonunda Bankda risklərin idarə edilməsi sisteminin cari vəziyyətinin çatışmazlıqları hesabat şəklində təqdim olunmalıdır.

2-ci mərhələ:

Bankın strateji inkişaf planına uyğun və beynəlxalq standardlara cavab verən risklərin idarə edilməsi sisteminin modeli yaradılmalı və modelin uğurlu tətbiqi ilə bağlı tədbirlər planı hazırlanmalıdır.

3-cü mərhələ:

Risklərin idarə edilməsi sisteminin hədəf modelinin konsaltinq şirkətinin dəstəyi ilə tətbiqi nəzərdə tutulmuşdur. 

İştirakçılara olan tələblər

- Son 3 il ərzində ilk onluğa daxil olan MDB banklarında risklərin idarə edilməsi sahəsində layihənin icrası üzrə təcrübənin olması;

- Komandanın tərkibində beynəlxalq ekspert səviyyəsində ən azı 3 partnyor və ya direktorun olması;

- Həmçinin, komandanın tərkibində rus və ya azərbaycan dilini bilən, dünyanın aparıcı banklarında risk-menecment təcrübəsi olan ən azı 4 nəfərin olması;

- Konsaltinq şirkətinin Azərbaycanda yerli ofisinin mövcudluğu.

Cədvəl

ASC Xalq Bank layihənin icraçısını 30 May 2016-cı il tarixinədək təyin edəcək. Layihə ilə bağlı iştirakçıların təklifləri 30 Aprel 2016-cı il tarixinədək çap nüsxə formasında, ASC Xalq Bankın baş ofisinə (Bakı şəh., İnşaatçılar pr. 22L) təqdim edilməlidir.

Təklifin məzmunu

İştirakçının təklifləri minimum aşağıdakı bəndləri əhatə etməlidir:

  1. İştirakçının qoyulan tapşırığın həllinə olan yanaşması
  2. Təklifin icra müddəti
  3. Iştirakçının müvafiq sahədə təcrübəsi
  4. Iştirakçının işçi heyəti
  5. Layihənin ümumi büdcəsi

Təkliflərin qiymətləndirmə meyarları

ASC Xalq Bank iştirakçıların təkliflərini aşağıdakı meyarlara uyğun olaraq qiymətləndirəcəkdir:

  1. Iştirakçının məsələyə olan yanaşması və layihənin icra metodologiyası.
  2. Icraçı və onun işçi heyətinin oxşar layihələr üzrə təcrübəsi.
  3. Layihənin ümumi dəyəri.
  4. Layihənin icrası üzrə tələb olunan müddət.

Əlaqəli şəxs:

Nəbiyev Nəbi

Tel.: +994 12 4044343 (dax. 5508)

E-mail: [email protected]

Paylaş:
790

Son xəbərlər

Bütün xəbərlər