Hava şəraiti dəyişəcək, temperatur 3-5 dərəcə aşağı enəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti dəyişəcək, temperatur 3-5 dərəcə aşağı enəcək

13:37 - 01 / 04 / 2016
Hava şəraiti dəyişəcək, temperatur 3-5 dərəcə aşağı enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, aprelin 3-də Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, aprelin 3-ü axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağış yağacağı, intensiv olacağı gözlənilir.

Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında aprelin 3-ü gündüzdən 4-ü səhərədək hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

1news.az

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər